Ukrayna Rusiyada mühüm zavodu vurdu

Ukrayna ordusu Perm vilayətində “VSMPO-Avispa” zavoduna PUA hücumu edib.

Bu barədə Perm vilayətinin qubernatoru Dmitri Maxonin məlumat verib.

Onun sözlərinə görə, zərbələr nəticəsində müəssisənin 5 əməkdaşı xəsarətlər alıb.

Maxonin bildirib ki, hücum zamanı zavoda cüzi ziyan dəyib və hazırda normal rejimdə fəaliyyət göstərir.

Qeyd edək ki, “VSMPO-Avispa” Rusiyanın ən iri titan istehsalçısıdır. Nə AB, nə də ABŞ tərəfindən sanksiyalara məruz qalmayıb.