Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb

Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda 20 qanunsuz miqrant saxlanılıb.

Polis əməkdaşları qanunsuz miqrasiya istiqamətində əməliyyat keçiriblər.

Araşdırma zamanı qanunsuz miqrasiyanı təşkil etdikləri ehtimal edilən 5 şübhəli saxlanılaraq həbs edilib.

Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.