Peskov: Trampın Moskvaya səfəri müzakirə olunmur

ABŞ Prezidenti Donald Trampın Moskvaya səfəri hələ müzakirə olunmur.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda diqqətlər noyabrda Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində mümkün təmasların perspektivlərinə yönəlib.