Türkiyəli arabesk ifaçısı Hakkı Bulut səhnə aldığı məkanda qəfil halı pisləşərək yerə yıxılıb.
81 yaşlı sənətçi İstanbulun Beylikdüzü rayonunda restoranda mahnı ifa etdiyi zaman özünü pis hiss edib.
Məkanda ona ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb.
Sənətçinin meneceri İrfan Gün müğənninin vəziyyətinin yaxşı olduğunu deyib:
“Heç bir problem yoxdur, sadəcə qan təzyiqi yüksəlib. Hazırda vəziyyəti yaxşıdır. Xəstəxanadan evə buraxılmasını gözləyirik”.
Qeyd edək ki, Hakkı Bulut 2024-cü ildə də Tokatdakı konsertdən əvvəl səhhətində problem yaşamışdı.