Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

İran Prezidenti Məsud Pezeşkian oktyabrın 27-də Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, İran prezidenti Moskvaya Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək məqsədilə səfər edəcək.

Sammitdə qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı və beynəlxalq qaz bazarı ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.

Qeyd edək ki, İran və Rusiya enerji sahəsində əməkdaşlıq edən ölkələrdir. Pezeşkianın səfəri iki ölkə arasında əlaqələrin və qaz sektorunda əməkdaşlığın müzakirəsi baxımından da əhəmiyyət daşıyır.