Ronaldonun ümumi qazancı 2 milyard dollara çatdı

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo sərvəti ilə idman tarixində yeni rekorda imza atıb.

Beşqat “Qızıl top” mükafatçısının ümumi qazancının 2 milyard dollara çatdığı bildirilir. “Forbes” nəşrinin məlumatına görə, Ronaldo bu göstəriciyə çatan ilk aktiv idmançı olub. Nəşrin hesablamalarına əsasən, 2026/2027-ci illər mövsümündə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən hücumçunun 250 milyon dollar qazanacağı gözlənilir. Onun reklam müqavilələri və digər biznes fəaliyyətlərindən əldə edəcəyi gəlirin isə 50 milyon dollar olacağı proqnozlaşdırılır. Məlumata görə, argentinalı futbolçu Lionel Messinin də gələn il ümumi qazancının 2 milyard dolları ötəcəyi irəli sürülür.