Bakıda ilk kozinonun açılacağı tarix elan edildi

İlk kazino - “Royale Casino” 2027-ci ilin may ayında Bakıda “Sea Breeze” də açılacaq.

Bu barədə Vesti.az “Sea Breeze”in sahibi və təsisçisi, xalq artisti Emin Ağalarova istinadən məlumat yayıb.

“Royale Casino”nun tikintisi tam sürətlə davam edir. Kazino 2027-ci ilin may ayında açılacaq", - deyə Ağalarov bildirib.

90.000 kvadratmetrlik kazino Xəzər dənizinin Azərbaycan sektorunda, "Sea Breeze" kompleksinin daxilində süni yarımadada tikilir. Binanın ümumi hündürlüyü 35 metr olacaq: Kazinonun iki mərtəbəsinin hər biri 10 metr hündürlükdə, günbəz isə əlavə 15 metr.

Kazinoda 12 VIP salon və beynəlxalq poker turnirlərinə ev sahibliyi edə biləcək bir əsas salon olacaq. Kazinoya 21 yaşdan aşağı şəxslərin girişi qadağan ediləcək.

Kazinoda həmçinin konsert zalı, barlar, restoranlar və kafelər, eləcə də 1500 oyun avtomatı yerləşəcək. "Royale Casino" Avropanın ən böyük kazinosu olmaq potensialına malikdir.