Parisdə oktyabrın 24-nə planlaşdırılan etiraz aksiyaları ərəfəsində mağazalar və digər ticarət obyektləri vitrinlərini möhkəmləndirir, qoruyucu konstruksiyalar quraşdırırlar.
Bu tədbirlər Yelisey prospektində və şəhərin bir sıra digər ərazilərində görülür.
Sahibkarlar gözlənilən etiraz aksiyaları fonunda mümkün insidentlərin qarşısını almaq üçün ehtiyat tədbirləri görürlər.