Fransada 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı atışma terror aktı kimi araşdırılır (YENİLƏNİB)

Parisin qərbində yerləşən Trapp şəhərində atışma baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Bu barədə BFMTV mənbələrə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları hadisəni mümkün terror aktı kimi qiymətləndirir. Prokurorluğun məlumatına görə, bir kişi avtomobildən yoldan keçənlərə atəş açıb. Silahlı hücumu həyata keçirməkdə şübəli bilinən şəxs saxlanılıb.

Fransa Prezidenti Emmanuel Makron hadisəni “barbarlıq aktı” adlandırıb. O bildirib ki, atışmanın motivləri müəyyənləşdirilməli, təqsirkarlar isə ciddi şəkildə cəzalandırılmalıdır.

Hadisənin təfərrüatları araşdırılır. Saxlanılan şəxsin kimliyi və hücumun mümkün səbəbləri barədə rəsmi məlumat açıqlanmayıb.