Hörmətli cənab Prezident!
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyiniz fikirlər dövlətimizin gələcək inkişaf yolunu aydın şəkildə ortaya qoydu.
Azərbaycanın tam bərpa olunmuş ərazi bütövlüyü və müstəqil siyasəti xalqımız üçün qürur mənbəyidir.
Qurultayda vurğuladığınız milli birliyin və güclü dövlətçilik prinsiplərinin əhəmiyyəti hamımızı daha da ruhlandırdı.
Sizin rəhbərliyinizlə ölkəmizin möhkəmlənməsi və beynəlxalq nüfuzunun artması naminə gördüyünüz işlərə görə minnətdarıq
Dərin hörmətlə,
Həsənov Şəhriyar
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qubaxəlilli kəndi.