Cəlilabadda açıq ərazidə yanğın başladı

Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.

Apa-ya istinadən, yanğın təsərrüfatın mərkəzi hissəsində, Bakı-Astara magistral yolunun kənarında yerləşən ərazidə müşahidə olunur.

Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.