Hindistan şirkətləri Azərbaycanda 2 sahəyə yatırım edəcək

Hindistan şirkətləri Azərbaycanda neft və energetika sektoruna invesitisiyaya maraq göstərir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə günü Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ikitərəfli ticarət və investisiyalarımızın daha da genişləndirilməsi üçün çox yaxşı imkanlar mövcuddur.

“Bu gün biz razılaşdıq ki, neft və energetika sektoruna invesitisiyaları daha da dərinləşdirməyə, həmçinin digər sahələri də genişləndirməyə baxmalıyıq”,- deyə nazir əlavə edib.