Karapetyanın partiyası Paşinyanın açıqlamasından sonra erkən seçkilərə hazır olduğunu açıqlayıb

Rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası növbədənkənar seçkilərə hazır olduğunu açıqlayıb.

Bu barədə partiyanın parlament fraksiyasının lideri Narek Karapetyan Baş nazir Nikol Paşinyanın dünənki açıqlamasını şərh edərkən bildirib.

“Hazırıq. Sadəcə bizə günü deyin”, - oliqarxın qardaşı oğlu sosial mediada yazıb.

Nikol Paşinyan dünən parlamentdə konstitusion çoxluğu (“Vətəndaş Müqaviləsi” Partiyası son seçkilərdə 49,81 faiz səs qazanıb) təmin etmək və yeni Konstitusiyanın qəbul edilməsini təmin etmək məqsədilə erkən parlament seçkilərinin keçirilməsini istisna etməyib: “Müxalifətdəki həmkarlarımızı bunun çox vacib və fundamental məsələ olduğuna inandırmağa çalışacağıq”.

Baş nazir əlavə edib ki, bu, uğursuz olarsa, Ermənistanın hakim partiyası növbədənkənar seçkilər də daxil olmaqla, digər ssenariləri də həyata keçirəcək.