“Küsmürəm, sadəcə “mənə yaxın gəlmə, bitdi bu məsələ”, deyirəm”.
Bu sözləri tanınmış aktyor, Əməkdar artist Füzuli Hüseynov “İncəSəhər” verilişində deyib.
Aktyor insanlarla münasibətdə qoyduğu baryerlərdən danışıb:
“Mən heç vaxt heç kimdən küsmürəm. O mənada ki, sözüm varsa, deyirəm. Məndə günah görən adamın fikrini deyir. Əgər dəqiq günah varsa, mən ondan üzr istəyirəm. Yox, əgər günah yoxdursa, cavabını alır və bir də o adamı yaxınıma qoymuram. Küsmürəm, sadəcə “mənə yaxın gəlmə, bitdi bu məsələ”, deyirəm. Müəyyən müddət keçəndən sonra beynimdə ölçüb-biçib bu qərarı verirəm və deyirəm, mən olan yerdə sən görünmə, vəssalam. O adam artıq mənim üçün bitir”.