Sumqayıtda çay evində bıçaqlanma: 64 yaşlı kişi saxlanıldı

SUMQAYIT, 22 oktyabr. TELEQRAF

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi törədən 64 yaşlı kişi saxlanılıb.

Polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin 34-cü məhəlləsində yerləşən “Pürrəngi” çay evində qeydə alınıb.

Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Şirəliyev Yadigar Muxtar oğlu aralarında yaranan münaqişə zəminində Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Ənvər oğluna bıçaqla xəsarət yetirib.

Hadisənin təfərrüatları araşdırılır.