Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev saxlanılıb. APA-nın əldə etdiyi xəbərə görə, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfinfən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.