Hörmətli cənab Prezident!

Mən, 44 günlük Vətən müharibəsi iştirakçısı olaraq, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak etmək imkanına görə Sizə dərin təşəkkürümü bildirirəm.

Qurultaydakı möhtəşəm nitqinizdə tarixi Zəfərimiz, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri və ölkəmizin gələcək inkişafı ilə bağlı qeyd etdiyiniz məqamlar məndə böyük qürur və ruh yüksəkliyi yaratdı.

Ölkəmizin inkişafı naminə Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Elvin Xəlilov

Azərbaycan Respublikası, Zərdab rayonu, Əlvənd kəndi.