Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb. Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.