Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək

Sabah İmişli, Saatlı, Sabirabad rayonları və Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

Bu barədə "Report"un Muğan bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismar İdarəsindən məlumat verilib.

Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsinin aparacağı təmir-quraşdırma işləri ilə bağlı oktyabrın 22-də saat 08:00-dan işlər yekunlaşana qədər İmişli, Saatlı, Sabirabad rayonunlarının bəzi ərazilərində, həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.