Çl: "Sabah" "Borusiyya Dortmund"a məğlub oldu- FOTOLAR - Yeniləndi 6

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda "Borussiya"ya (Dortmund, Almaniya) məğlub olub.

Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Bundesliqa təmsilçisinin heyətində Seru Qirassi (10, 53) dubl müəllifi olub. Azərbaycan çempionunun yeganə qolu isə Eyden Makkartinin (39) adına yazılıb.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirindəki növbəti görüşünü noyabrın 4-də, səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən "Sabah" - "Borussiya Dortmund" oyununda rəqib yenidən önə keçdi.

Bakı Olimpiya Stadionunda keçirilən matçda Almaniya təmsilçisi hesabda yenidən önə keçdi.

Qeyd edək ki, qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.

İkinci hissə başladı

Fasilə

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən "Sabah" - "Borussiya Dortmund" oyununda hesab bərabərləşib.

"Sabah" futbol klubunun oyunçusu Eyden Makkarti 39-cu dəqiqədə adını tabloya yazdırıb.

Qeyd edək ki, qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən "Sabah" - "Borussiya Dortmund" oyununda hesab açılıb.

Bakı Olimpiya Stadionunda keçirilən matçda Almaniya təmsilçisi hesabda irəli keçib. (0:1)

Qeyd edək ki, qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

Matç Bakı Olimpiya Stadionunda keçirilir.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.