Hörmüzdəki vəziyyətlə əlaqədar Avropa LNG idxalını 20,8 milyard kubmetr azalda bilər

Hörmüz boğazı vasitəsilə tədarükün gecikməsi Avropanın mayeləşdirilmiş təbii qaz (MTQ/LNG) idxalını 20,8 milyard kubmetr azalda bilər. Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) "Hörmüz boğazında MTQ-ni nə gözləyir? Alternativ ssenarilər" adlı hesabatında deyilir.