BP: “Şahdəniz” layihəsi çərçivəsində dənizdə tikinti işlərinə start verilib

“Şahdəniz” qaz-kondensat yatağında 2,9 milyard ABŞ dolları dəyərində olan “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə dənizdə tikinti işlərinə başlanılıb. Redaksiya bu barədə “Şahdəniz” konsorsiumunun operatoru olan “BP Azerbaijan” şirkətinə istinadən xəbər verir. Məlumata görə, son bir neçə həftə ərzində ŞDK platformasının dayaq blokunun əsasını təşkil edəcək dörd boru payanın dənizə daşınması və quraşdırılması uğurla başa çatdırılıb.…