"Google Cloud"-un Qərbi Avropadakı obyektlərində bir sıra xidmətlərə təsir edən xətalar və şəbəkə kəsintiləri yaşanır.
Şirkətin xidmət statusu məlumatlarına görə, Londonda yerləşən “europe-west2” regionunda bəzi xidmətlərdə ciddi fasilələr qeydə alınıb.
Problem məlumatların saxlanması və emalı, virtual serverlər, tətbiqlərin işlədilməsi və digər bulud xidmətlərinə təsir edib.
Nasazlıq səbəbindən bəzi istifadəçilər Böyük Britaniyanın “Revolut” və “Halifax” bank xidmətlərinə daxil olmaqda çətinlik çəkdiklərini bildiriblər.
“Google Cloud” yaranmış problemlə bağlı açıqlama verərək nasazlığın səbəblərini araşdırdıqlarını və xidmətlərin fəaliyyətini bərpa etmək üçün çalışdıqlarını bildirib.