Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətini gücləndirməyə çağırıb

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın gənc parlamentarilərini ölkələrin qarşılaşdığı təhdidlərə qarşı gənclər siyasətini gücləndirməyə çağırıb. Bu haqda Milli Məclisin spikeri Sahibə Qafarova Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib. Spiker qeyd edib ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir. Milli Məclis sədri çıxışında qeyd edib ki, TÜRKPA-nın ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu təşkilat ortaq mədəniyyətə, tarixə, dilə, milli-mənəvi dəyərlərə malik xalqların təmsilçilərini bir çətir altında birləşdirir. Bu…