Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda politoloq Eldar Namazov da iştirak edib. O, məhkəmənin binası önündə də görüntülənib. Prezident Aparatının (indiki Administrasiya - red. ) Katibliyinin keçmiş rəhbəri, uzun illər R.Mehdiyevlə birlikdə işləmiş E.Namazov bu prosesə şahid qismində dəvət olunub.