Azərbaycan və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) arasında ölkədə süni intellekt məlumat mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun inkişafı, eləcə də nəqliyyat və logistika sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Müzakirələr nazirin DFC-nin baş siyasət direktoru Karolin Vik ilə görüşündə baş tutub.
R.Nəbiyev görüşdə həmçinin Orta Dəhlizin inkişafı, dayanıqlı təchizat zəncirlərinin gücləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.