She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn "She"s Next" qlobal təşəbbüsünün dördüncü dalğasına start verir. "She"s Next in Digital" adlı proqram qadın sahibkarları rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, ekspert dəstəyi almağa və ümumilikdə 60 000 AZN məbləğində qrant fondu uğrunda mübarizə aparmağa dəvət edir.