“Bank VTB (Azərbaycan)” ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 812 min manat və ya 26,8% azdır. 2025-ci ilin ilk 9 ayında bankın xalis mənfəəti 10 milyon 490 min manat təşkil edib. Hesabat dövründə bankın faiz gəlirləri illik müqayisədə 0,6% artaraq 31 milyon 280 min manata, faiz xərcləri isə 26,2% artaraq 9 milyon 358 min manata çatıb. Nəticədə bankın xalis faiz gəlirləri 4,4% azalaraq…