Polşada hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı

Polşada Rusiyanın Ukraynanın qərbinə endirdiyi hava zərbələri ilə əlaqədar hava həyəcanı elan edilib. Bu barədə "Polsat News" məlumat yayıb. Məlumata əsasən, oktyabrın 20-də səhər saatlarında Lyublin və Podkarpatsk əyalətlərinin sakinlərinə xəbərdarlıq bildirişləri göndərilib.