İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında 300-dən çox mərkəz fəaliyyət göstərir

İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika məsələləri üzrə baş direktoru Santo Darmosumartonun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət”…