Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli beynəlxalq musiqi karyerasında növbəti uğurlu mərhələyə imza atıb.
Son illər “İstədim” hiti ilə ölkə hüdudlarından kənarda da populyarlıq qazanan sənətçi bu dəfə Rusiyanın üç böyük şəhərində – Ufa, Sankt-Peterburq və Kazanda solo konsert proqramları ilə çıxış edib.
Sənətçinin Rusiya turnesi çərçivəsində sentyabrın 25-də Ufa şəhərində, oktyabrın 2-də Sankt-Peterburqda, oktyabrın 13-də isə Kazanda konsertləri baş tutub.
Zərgərlinin builki Rusiya turu 6 dekabr Moskva konserti ilə yekunlaşacaq. Gələn ilki konsert turunun tarixləri və şəhərlər isə yaxın həftələrdə bəlli olacaq.