Ötmə qaydasını pozan sürücü qəza etdi

Ötən gün, saat 19:00 radələrində Bəhramtəpə-Biləsuvar yolunun Qızılkənd kəndinin ərazisindən keçən 54-cü kilometrində İmişli rayon sakini Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.