2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 27 820 nəfərə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə proaktiv qaydada pensiya təyin olunub.Bu barədə Oxu24.com-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.Pensiya təyin olunan şəxslərin 59,72 faizini kişilər, 40,28 faizini isə qadınlar təşkil edib.Qeyd edək ki, məlumat operativ xarakter daşıyır.