İran Rusiyanı Ukrayna zərbələrindən qorunmaq üçün Xəzərdəki limanları gücləndirməyə çağırıb

İran Xəzər dənizinin cənub sahilindəki limanlarını gücləndirir və Rusiyanı ikitərəfli ticarətin Ukrayna zərbələrindən təhlükəsizliyini təmin etmək üçün analoji tədbirlər görməyə çağırır.

TASS-a istinadən, bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Tacikistanda Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə bildirib.

"Biz ölkəmizin şimal limanlarını mənfi təsirlərdən azad edirik. Və biz xahiş etdik ki, Rusiya Federasiyası da Xəzər dənizindəki cənub limanlarını gücləndirsin", - Aref qeyd edib.

Onun sözlərinə görə, bu, iki ölkəyə əməkdaşlığı inkişaf etdirməyə davam etməyə və qarşılıqlı dəstəyi təmin etməyə imkan verəcək.