Bakının 1919-cu ilinə virtual səyahət: İçərişəhərdə “Time Pavilion” açılıb

İçərişəhərdə keçmişə səyahət etmək üçün yeni məkan yaradılıb. Burada müasir texnologiyalar ziyarətçiləri bir əsrdən çox geriyə - Bakının 1919-cu ildəki küçələrinə aparır. Yeni açılan "Time Pavilion" immersiv muzeyi şəhərin tarixini interaktiv şəkildə təqdim edir.