Son dövrlər Türkiyədə bəzi qrupların Azərbaycan Prezidentinə və Azərbaycan dövlətinə qarşı səsləndirdiyi fikirlər, eləcə də sosial şəbəkələrdə aparılan kampaniyalar iki ölkə arasındakı münasibətlər ətrafında müzakirələrə səbəb olub. Azərbaycan və Türkiyə arasında tarixi, milli, mənəvi və mədəni bağların mövcudluğunu vurğulayan politoloq Oktay Qasımov hesab edir ki, ayrı-ayrı siyasi və dini qrupların fəaliyyəti iki qardaş dövlətin münasibətlərinə xələl gətirə bilməz.Politoloq Oqtay Qasımov bu barədə Oxu24.com-a açıqlamasında bildirib ki, Türkiyədə bəzi qrupların Azərbaycan Prezidentinə və Azərbaycan dövlətinə qarşı qərəzli kampaniya aparması təəssüf doğurur.“Son dövrlər Türkiyədə bəzi qrupların Azərbaycan Prezidentinə və Azərbaycan dövlətinə dil uzatmaları, bizə qarşı qərəzli kampaniya aparmaları, əlbəttə ki, təəssüf doğurur. Çünki Azərbaycan və Türkiyə iki müttəfiq, dost və qardaş dövlətdir. Bizim münasibətlərimiz hansısa siyasi konyunkturadan deyil, daha çox tarixi, mənəvi, mədəni və milli dəyərlərə əsaslanan bağlardan qaynaqlanır. Bu bağlar olduqca dərindir və hansısa könül bulandıran kampaniyalar bu münasibətləri qətiyyən pozmaq iqtidarında deyil.Bu məsələlərə baxdığımızda ilk növbədə qeyd etmək lazımdır ki, Türkiyə cəmiyyəti olduqca rəngarəng və müxtəlif bir cəmiyyətdir. Türkiyə çoxmillətli dövlətdir. Burada onlarla millətin və xalqın nümayəndələri, etnik qruplar yaşayır. Türkiyə cəmiyyəti olduqca ideoloji cəmiyyətdir. Burada çox müxtəlif siyasi cərəyanlar, o cümlədən dini cərəyanlar var. Türkiyə coğrafiyası başdan-başa təriqətlərlə zəngin, müxtəlif dini qruplaşmaların rahat şəkildə fəaliyyət göstərdiyi bir coğrafiyadır.Bu dini qrupların, özünü dindar adlandıran kəsimin, əlbəttə ki, bu proseslərdə rolunu biz neqativ yöndə görürük. Türkiyədə öz dövlətinə, milli maraqlarına bağlı olan və öz dövlətinin maraqlarını öndə tutan, sayı milyonlarla ölçülən, dininə bağlı və ibadətli insanlar yaşayır. Amma eyni zamanda Türkiyədə hələ də yüz il bundan əvvəl Atatürkün qurduğu dünyəvi dövlətlə barışmayan, şəriət qaydalarını arzulayan, xurafat xülyasında olan qruplaşmalar da fəaliyyət göstərir.Bu dindar deyil, kindar təbəqələr, bir daha qeyd edirəm, özləri Türkiyə Cümhuriyyətinin ən böyük düşmənləri və ən böyük təhdidləridir.Məhz bu qruplaşmaların, bu qrupların əksəriyyəti həm də xaricdən idarə olunan qruplardır. Biz bu qrupların heç birinin nə Amerikaya, nə İsrailə, nə də digərlərinə qarşı hansısa etirazını görmədik. Bu qrupların dərdi elə Türkiyənin dünyəvi dövləti ilədir, o cümlədən bu gün Azərbaycanın dünyəvi dövlət quruluşu ilədir. Ona görə də biz fərqləndirməliyik: Türkiyə cəmiyyətində, qeyd etdiyimiz kimi, çoxçeşidlilik və müxtəliflik var və bu qrupları da bir-birindən ayırmalıyıq”, – deyə politoloq bildirib.Oqtay Qasımovun sözlərinə görə, Türkiyədəki ayrı-ayrı qrupların mövqeyi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlərin ümumi xarakterini müəyyənləşdirmir. O hesab edir ki, iki ölkənin strateji maraqları və gələcəyə yönəlmiş baxışları üst-üstə düşür.“Bütün hallarda, əlbəttə ki, Türkiyə dövlətinin və Azərbaycan dövlətinin münasibətlərinə bu məsələlər zərrə qədər təsir etməyəcək. Çünki bizim qeyd etdiyimiz çox dərin bağlarımız var və gələcəyə yönəlik strateji baxışlarımız üst-üstə düşür.Türkiyə Azərbaycan üçün nə qədər dəyərli, qiymətli, önəmli müttəfiq, dost və qardaşdırsa, Azərbaycan da eyni şəkildə Türkiyə üçün o qədər önəmli, dəyərli və qiymətlidir. Biz iki güclü dövlət olaraq ‘bir millət, iki dövlət’ anlayışı ilə münasibətlərimizi qurmuşuq. Əlbəttə ki, düşünürük ki, gələcəkdə ‘bir millət, beş-altı dövlət’ və sair, daha çox dövlət anlayışı ilə biz qlobal gücə də çevrilə bilərik”, – deyə o vurğulayıb.Politoloq qeyd edib ki, Türkiyədə Atatürk prinsipləri və onun qurduğu dünyəvi dövlət modeli ilə barışmayan bəzi dini çevrələr AKP hakimiyyəti dövründə daha çox siyasi təsir imkanları əldə ediblər.“O baxımdan təəssüf doğuran hal budur ki, qeyd etdiyimiz həmin dini çevrələr, özünü, dırnaq arasında, mən bunu xüsusi qeyd etmək istəyirəm, çevrələr – AKP iqtidarına yaxın olan bir çox dairələrdir. Təəssüf ki, Atatürk prinsipləri ilə, Atatürkün qurduğu dövlət modeli ilə barışmayan bu qruplar AKP hakimiyyəti dövründə siyasətə daha çox təsir etməyə başladılar və güc qazandılar.Amma onların da buna gücü yetməyəcək. Azərbaycan-Türkiyə münasibətlərini pozmaq onların nə həddinədir, nə də imkanları daxilindədir. Çünki Türkiyənin də dünyəvi, laik və Azərbaycan-Türkiyə münasibətlərinin dəyərini bilən milyonlarla vətəndaşı, önəmli siyasətçiləri, ictimai xadimləri və aydınları var. Onlar da bu məsələlərlə bağlı öz mövqelərini açıq şəkildə ifadə edirlər”, – deyə politoloq bildirib.Oqtay Qasımov sonda vurğulayıb ki, Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyalar bütövlükdə Türkiyə dövlətinin mövqeyi kimi qiymətləndirilməməlidir.“Məhz bu baxımdan hesab edirəm ki, bəli, bu məsələ Türkiyə dövlətinin deyil, bir partiyaya bağlı qrupların işidir. Bu cür kampaniyalar və həmin qrupların münasibəti Azərbaycan-Türkiyə münasibətlərinə heç bir xələl gətirməyəcək”, – deyə politoloq Oqtay Qasımov bildirib.Turan Etibaroğlu
Bu gün
3044 xəbər bu gün
Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq davam etdirilir. Bu barədə News24.az-a Baş…
Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.Bu barədə Oxu24.com-a Baş…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş uşaqlarla bağlı həyata keçirilən reabilitasiya tədbirləri davam etdirilir.ƏƏSMN-dən…
Xəbər verdiyimiz kimi, son zamanlar Azərbaycanda məktəblərdə vahid geyim qaydaları və hicablı şagirdlərin təhsilə buraxılması məsələsi ilə bağlı etirazlar və müzakirələr yaranıb. Türkiyə Prezidentinin baş müşaviri Oktay…
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib. Aşqabad şəhərinin beynəlxalq hava limanında Leyla Əliyevanı Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan…
Azərbaycan və Türkiyə arasında son günlər yaşanan müzakirələr, Türkiyədə bəzi siyasi dairələrin Azərbaycana qarşı sərgilədiyi mövqe və sosial şəbəkələrdə aparılan kampaniyalar gündəmdə qalmaqda davam edir. İki ölkə…
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuyanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Sfera.az -a Xarici İşlər Nazirliyindən məlumat verilib…
Bolqarıstan 2027-ci ilin yazında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə Mərkəzi Asiya və Avropa arasında nəqliyyat-logistika əlaqələrinin inkişafına yönəlmiş bağlantı məsələləri üzrə sammit keçirməyi…
Bu gün Toyota Bakı Mərkəzində sumo idmanının dünyaca məşhur çempionu Hakuho Şo ilə görüş təşkil olunub. Görüş zamanı yaponiyalı idmançı sumo idman növü üzrə zəngin təcrübəsini iştirakçılarla bölüşüb, bu qədim yapon…
Dövlət əleyhinə açıq çağırışlar və dini nifrət məzmunlu materialların yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
С 21 по 27 октября в Баку при организационной поддержке Министерства культуры Азербайджанской Республики пройдёт XII Бакинская международная книжная выставка. Накануне её открытия состоялась пресс-конференция…
Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева 19 октября прибыла с визитом в Туркменистан.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiya ilə siyasi dialoqun davam etdirilməsinin, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini…
Братство между государствами проверяется в самые тяжелые времена, но окончательная оценка союзнических отношений складывается и после победы.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Aşqabad şəhərinin beynəlxalq hava limanında Leyla Əliyevanı Qurbanqulu Berdiməhəmmədov adına…
Baş Prokurorluq
Amerikalı investor
İdarə Heyəti
“Növbəti altı ayda qarşımızda hansı ssenarinin olduğunu müəyyən etməliyik”. Bu fikiləri İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf…
Abşeron rayonunun ən böyük yaşayış məntəqələrindən olan Xırdalan şəhərində daşınmaz əmlak bazarı son dövrlərin ən durğun və gərgin mərhələsini yaşayır.…
Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə dövlət və kommersiya sirri ilə yanaşı, vergi sirrinin yayılması və ya onun qorunması ilə bağlı…
Atletimiz Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb. Tribuna.az…
“Yelo Bank” ASC-də hüquqi şəxslərin depozitləri 2026-cı ilin ilk 9 ayında 18,26 milyon manat və ya 11,1% azalıb. Tribuna.az-ın əldə…
Dünyaca məşhur futbolçu Lamine Yamalın anası Şeyla Ebana İstanbul səfəri ilə diqqət çəkib. O, Türkiyədə keçirdiyi vaxtdan görüntüləri sosial şəbəkə…
Möhtərəm cənab Prezident, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi …
Hörmətli cənab Prezident, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin müasir …
İngiltərə təmsilçisi “Mançester Siti”nin futbolçusu Antuan Semenyo zədə səbəbindən iki aya qədər yaşıl meydanlardan kənarda qala bilər. Bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat...
Fransanın Baş naziri Sebastyan Lekornü ifrat solçu hərəkatı prezident seçkilərinədək ölkədə genişmiqyaslı iğtişaşlar təşkil etmək niyyətində olmaqda ittiham edib. Lekornü xüsusi xidmət...
Tehrana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Redaktor.az-ın məlumatına görə, iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar... Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı - Hibridlər diqqət çəkir
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 57 275 ədəd avtomobil idxal olunub. Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib. Aşqabad şəhərinin beynəlxalq hava limanında Leyla Əliyevanı Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan…
Bakı. Trend: Dövlət əleyhinə açıq çağırışlar və dini nifrət məzmunlu materialların yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat…
Bakı. Trend: Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yüksək kredit reytinqinə malik pul bazarı fondlarına və qısamüddətli depozitlərə yatırdığı investisiyaların həcmi 2025-ci ildə artıb. Trend-in…
Bakı. Trend: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib. Aşqabad şəhərinin beynəlxalq hava limanında Leyla Əliyevanı Qurbanqulu Berdiməhəmmədov…
Bakı. Trend: Azerbaycan bankı mobil tətbiq istifadəçi davranışlarını izləmək, məlumat analitikası aparmaq və geniş miqyasda avtomatlaşdırılmış müştəri səyahətləri qurmaq üçün Netmera-nın…
19 oktyabrdan başlayaraq Fakturasız xətt abunəçiləri üçün lotereya şanslarının hesablanmasına başlanıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib.
Nurgül Yeşilçay yeni roluna görə görünüşündə dəyişiklik edib. Türkiyə mediasına istinadən, türkiyəli aktrisa Nurgül Yeşilçay “Ömür Usta” serialında canlandırdığı obraz üçün təxminən 8 aydır saçlarını boyatmır. Aktrisa…
Oxuduğumuz qısa xəbər xülasəsini görəsən həqiqətən bir insan yazır?
Hər il dünyada 400 min uşağa xərçəng diaqnozu qoyulur, Türkiyədə bu rəqəm təxminən 4.700-dür