Sabunçu Tibb Mərkəzində elmi konfrans keçirilib – FOTOLAR

Sabunçu Tibb Mərkəzinin terapiya şöbəsinin təşkilatçılığı ilə “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib. Konfransda Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev, tabeli tibb müəssisələrinin rəhbərləri və fəxri qonaqlar iştirak ediblər. Tədbirin əsas məqsədi revmatoloji xəstəliklərin erkən əlamətləri, diaqnostikası və müalicə yanaşmaları barədə məlumatlılığın artırılması, eləcə də tibb mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin təşviq edilməsi…