Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Novruzov Əkbər Akif oğlu idarə etdiyi avtomobili ilə Xətai rayonu Gəncə prospektində hərəkətdə olarkən İsgəndərov Emil Amil oğlunun idarə etdiyi minik avtomobili ilə toqquşub.Yol-nəqliyyat hadisəsi nəticəsində Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Əliyeva Elzanə Gündüz qızına çırpılıb.Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb.