Azərbaycan Mərkəzi Bankı (AMB) "MJ Finance" ASC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Bu barədə AMB-yə istinadən xəbər verilir.
Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddələrinə əsasən BOKT-un vəzifəli şəxsi isə 2 min manat cərimə edilib.