Sahibkarlar "SİMA İmza" səlahiyyətini onlayn və müddətsiz ötürə bilərlər

Fərdi sahibkarlar və hüquqi şəxslər bundan sonra sima.az saytının "Kabinetim" bölməsində digər şəxslərə müddətsiz imza səlahiyyəti verə bilərlər. Yeni funksiya sahibkarlara vergi, gömrük, bank və digər biznes əməliyyatlarını onların adından icra edəcək şəxsləri tam rəqəmsal qaydada təyin etməyə imkan verir.