O qeyd edib ki, Avropanın məqsədi Ukraynanın varlığını qorumasını təmin etmək və müharibəyə son qoymaqdır.
«Kiyev üçün qələbə o deməkdir ki, Rusiya geri çəkiləcək, bombalamağı dayandıracaq və Ukrayna yenidən azad ölkəyə çevriləcək. Biz hamımız Ukrayna üçün məhz belə bir qələbə arzulayırıq», deyə nazir izah edib.
O bildirib ki, İtaliyada vətəndaşların əksəriyyəti Ukraynaya yardım göstərilməsinə qarşı çıxır, eyni zamanda ölkə hakimiyyəti yardım göstərməyə davam edir.
Krozetto həmçinin qeyd edib ki, Putin Rusiyanı SSRİnin dağılmasından əvvəl mövcud olduğu formada bərpa etməyə çalışır. Çünki o, Rusiyanın ABŞ və ya Çinlə eyni səviyyədə olmaması ilə barışmaq istəmir və qlobal masada üçüncü tərəfə çevrilmək arzusundadır. «Rus zehniyyətində işğalçılıq var. Ona görə biz Avropa və NATO olaraq buna hazırlaşırıq», deyə o vurğulayıb.