Mercedes-Benz və Nvidia yeni nəsil sürücüyə yardım və avtomatlaşdırılmış idarəetmə sistemlərinin hazırlanması üçün strateji tərəfdaşlıqlarını genişləndirəcəklər. Şirkətlərin texnologiyalarından dördüncü səviyyəli avtonom avtomobillərin yaradılmasında da istifadə olunacaq. Əməkdaşlıq Mercedes-Benz-in avtomobil texnologiyalarını və MB.OS əməliyyat sistemini Nvidia Hyperion hesablama arxitekturası, Alpamayo Stack proqram kompleksi və Nvidia Halos təhlükəsizlik sistemi ilə birləşdirəcək. MB.OS avtomobildə yeni idarəetmə funksiyalarının tətbiqini…