Fransanın daxili işlər naziri Loran Nunyes Prezident Emmanuel Makrona istefa ərizəsi təqdim edib.
BFMTV-yə istinadən, bu barədə Yelisey sarayının mətbuat xidmətindən bildirilib.
Daxili işlər nazirinin rəhbərinin istefası ilə bağlı çağırış bir sıra partiyalar tərəfindən səsləndirilib, lakin Makron onun ərizəsini rədd edib.
"Mövcud şəraitdə hüquq-mühafizə orqanları üzərində nəzarətin qorunub saxlanılması zərurətini nəzərə alaraq, Prezident nümayişlər zamanı baş verən çoxsaylı zorakılıq hallarından sonra güclü təzyiq altında olan Loran Nunyesin istefasını rədd edib", - deyə məlumatda bildirilir.