Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib.
Diplomat bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Ukrayna səfiri həmçinin dəstəyə görə Azərbaycana təşəkkür edib.
"Müstəqilliyin Bərpası Günün mübarək, Azərbaycan!
Ukrayna və Azərbaycan tarixən möhkəm dostluq, strateji tərəfdaşlıq və ərazi bütövlüyünə qarşılıqlı dəstəklə bağlıdır.
Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!", - deyə paylaşımda bildirilir.