Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən obyektdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, yanğın barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100 kvadratmetr olan anbarda baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun bitişik anbarlara keçməsinin qarşısı alınıb.Yanğın nəticəsində anbarın yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb.Hadisə zamanı xəsarət alan olmayıb. Bitişik anbarlar yanğından mühafizə edilib.