“Qarabağ”–“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanıldı

“Qarabağ”–“Neftçi” futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.