"Neftçi"nin baş məşqçisi: "Başqalarında günah axtarmamalıyıq"

"Bugünkü nəticəyə baxmayaraq, yaxşı oyun nümayiş etdirdik. Artıq "Neftçi"nin "Qarabağ" və "Sabah" kimi komandalarla qarşılaşmalarda özünü zəif tərəf kimi gördüyünü demək olmaz. Əvvəllər "Qarabağ"a böyük hesabla məğlub olduğumuz oyunlar olub. İndi isə rəqiblərimizdən çəkinmirik".