Misli Premyer Liqasının VIII turunda daha bir oyun keçirilib.
Günün ikinci matçında "Qarabağ" "Neftçi"ni qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə ilə bitib - 3:3.
"Ağ-qaralar"ın qollarını 11 və 34-cü dəqiqədə Qustavo Klisman, 52-ci dəqiqədə Draqolyub Saviç vurublar. Ağdam klubunda 18-ci dəqiqədə Aleksey Kaşuk, 89-cu dəqiqədə Renaldo Sefas, 90+5-ci dəqiqədə Kadi Borges fərqləniblər.
Hər iki kollektivin 17 xalı var. "Neftçi" ikinci, ehtiyatda daha bir matçı qalan "Qarabağ" üçüncü sıradadır.
Günün ilk görüşündə "Sabah" səfərdə "Qəbələ"ni dörd cavabsız qolla üstələyib.
Xatırladaq ki, tura oktyabrın 18-də yekun vurulacaq. Əvvəlki oyunlarda "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.
"Qarabağ" - "Neftçi" oyununda hesab bərabərləşib.
Qarşılaşmanın 90+5-ci dəqiqəsində Kadi Borges "Qarabağ"ın üçüncü qolunu vuraraq hesabı 3:3 edib.
"Qarabağ" - "Neftçi" oyununda beşinci qol vurulub.
Qarşılaşmanın 88-ci dəqiqəsində Renaldo Sefas fərqi azaldıb - 2:3.
"Qarabağ" - "Neftçi" oyununda hesab dəyişib.
"Neftçi"nin futbolçusu Draqolyub Saviç matçın 52-ci dəqiqəsində fərqlənərək hesabı 1:3-ə çatdırıb.
"Qarabağ" - "Neftçi" oyununda ilk hissə başa çatıb.
Komandalar fasiləyə "Neftçi"nin 1:2 hesablı üstünlüyü ilə yollanıblar.
Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Zakaria Savonun 45-ci dəqiqədə vurduğu qol ofsayd səbəbindən qeydə alınmayıb.
Misli Premyer Liqasında 8-ci tur davam edir.
Turun mərkəzi matçında “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək.
Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
Misli Premyer Liqası VIII tur
17 oktyabr
19:00. “Qarabağ” - “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu.
***
Komandaların start heyətləri bəlli olub:
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k) 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 5. Bruno Lanqa 9. Zakaria Savo 25. Cebrail Makreçkis 21. Aleksey Kaşuk 7. Jali Muaddib 35. Pedro Bikalyo 4. Bense Varkonyi
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç 12. Teymur Həsənov 55. Bədavi Hüseynov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 10. Joni Montiel 29. Renaldo Sefas 11. Reda Xadra 88. Samuel Lobato 39. Jeremi Qnali
“Neftçi”: 93. Rza Cəfərov 3. Rüfət Abbasov 77. Falaye Sako (k) 5. İqor Ribeyro 55. Endryu Qravilyon 29. Lyubomir Tupta 33. Breno Almeyda 26. Adeleke Akinyemi 20. Qustavo Klisman 88. Viçko Şevel 11. Alen Şkribek
Ehtiyat oyunçular: 81. Məhdi Həsənov 8. Emin Mahmudov 14. Elvin Bədəlov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 24. Mustafa Sek 18. İfeanyi Metyu 97. Bassala Sambu 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Denzel Jubitana 27. Draqolyub Saviç