Kiyevdə şəhər administrasiyasının binası qarşısında mer Vitali Kliçkonun istefasını tələb edən etiraz aksiyası keçirilir.
Bu barədə UNİAN agentliyi məlumat yayıb.
Administrasiya binası qarşısında onlarla fəal toplaşıb. Onlardan bəziləri "Kliçko – istefaya!", meri dəstəkləyənlər isə "Kliçko – bizim merimizdir" plakatları ilə gəliblər.
Merin əleyhdarları, xüsusilə şəhərin payız-qış mövsümünə hazır olmadığını və vəd edilmiş sığınacaqların yaradılmadığını bildirərək narazılıqlarını ifadə edirlər. Hadisə yerində polis var.
Hüquq-mühafizə orqanları təxribatların qarşısını almaq üçün dəstək qrupundan təhlükəsiz məsafəyə çəkilməyi xahiş ediblər, lakin iştirakçılar getməkdən imtina ediblər.
Onların opponentləri isə heç kimə toxunmayacaqlarını, sadəcə öz mövqelərini ifadə etdiklərini bildiriblər.