Rusiyalı boksçu, “Rus Tayson” ləqəbi ilə tanınan Denis Boytsov 40 yaşında vəfat edib.
Bu barədə Oryol vilayətinin Bədən Tərbiyəsi və İdman Tədbirləri Mərkəzi məlumat yayıb.
Yaxınlarının sözlərinə görə, ağır xəsarətlər boksçunun səhhətində ciddi fəsadlar yaradıb. O, yeriyə və danışa bilmirmiş.
Boytsovun mübarizəsi uzun və çətin olub, lakin o, bu çətinliklərin öhdəsindən gələ bilməyib.